Azərbaycan.media xəbər verir ki, Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib.
Bunu Hindistanın müdafiə naziri Racnat Sinqh açıqlayıb. Onun sözlərinə görə, raketlərin tədarükü iki ölkə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qeyd olunur ki, Hindistan mediasının məlumatına əsasən, Ermənistan daha əvvəl dörd “Pinaka” batareyasının tədarükü ilə bağlı müqavilə imzalamışdı. Həmin razılaşmaya çoxlüləli buraxılış sistemləri, eləcə də digər müdafiə avadanlıqları üçün idarə olunan raketlərin ixracı da daxil edilib.
Məlumata görə, buraxılış sistemlərinin çatdırılmasına 2023-cü ilin iyul ayında başlanılıb və bu proses 2024-cü ilin noyabr ayına qədər başa çatıb. Mənbələr bildiriblər ki, SDAL şirkəti idarə olunan raketləri hazır olduqca mərhələli şəkildə Ermənistana göndərəcək.
