🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-da süni intellektdən uzaqlaşma: vətəndaşlar ənənəvi hobbilərə qayıdır

Azərbaycan.media xəbər verir ki, ABŞ vətəndaşları rəqəmsal texnologiyalardan və süni intellektdən yorularaq ənənəvi hobbilərə üstünlük verməyə başlayıblar.

Publika.az-ın məlumatına görə, “CNN” bu barədə sənətkarlıq ləvazimatlarının satışı üzrə ixtisaslaşmış “Michael’s” şirkətinə istinadən xəbər yayıb. Bildirilir ki, amerikalılar getdikcə daha çox “analoq hobbilər”ə maraq göstərir və rəqəmsal mühitdən uzaqlaşmağa çalışırlar.

Şirkətin açıqladığı hesabatda qeyd olunur ki, son altı ay ərzində “Michael’s”in rəsmi saytında “analoq hobbilər”lə bağlı axtarışların sayı 136 faiz artıb.

Şirkətin baş ticarət direktoru Steysi Şivlinin sözlərinə görə, bir çox müştəri ənənəvi hobbilərlə məşğul olmağı rəqəmsal texnologiyadan şüurlu şəkildə uzaqlaşmağın bir yolu kimi görür. Onlar sosial mediada davamlı mənfi xəbər axınından fasilə vermək üçün smartfonlardan uzaq qalmağa üstünlük verirlər.

Şivli bu tendensiyanı Amerika cəmiyyətində daha geniş miqyaslı mədəni dəyişikliyin əlaməti kimi dəyərləndirib.