🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Venesuela neft-qaz sektorunu gücləndirəcək – Rodriqes

Azərbaycan.media xəbər verir ki, Venesuela hökuməti cəmiyyətin maraqlarını nəzərə alaraq valyuta ehtiyatlarını məsuliyyətlə idarə etməklə neft və qaz sənayesini gücləndirməyi planlaşdırır.

Bu barədə Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqes “Telegram” kanalında paylaşım edib. O bildirib ki, ölkənin davamlı iqtisadi artımını təmin etmək üçün milli istehsalın fəal şəkildə stimullaşdırılması və idxaldan daha səmərəli istifadə vacibdir.

“Bu mərhələ bizdən birlik və millət olaraq böyüklük tələb edir”, – deyə Rodriqes vurğulayıb.

O, həmçinin qeyd edib ki, Venesuela xalqının rifahını təmin etmək üçün ölkənin kifayət qədər resursları mövcuddur.