🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sançes: ABŞ-ın Qrenlandiyaya hücumu Putini dünyanın ən xoşbəxt insanına çevirər

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Qrenlandiyaya mümkün hücumu Rusiya Prezidenti Vladimir Putini yer üzündəki ən xoşbəxt insan edəcək.

Bunu İspaniyanın Baş naziri Pedro Sançes bildirib. Onun sözlərinə görə, Vaşinqtonun adaya qarşı hər hansı hərbi əməliyyatı NATO-ya ciddi zərbə vurmaqla yanaşı, Rusiyanın Ukraynaya müdaxiləsini faktiki olaraq qanuniləşdirə bilər.

“Qrenlandiyaya diqqət yetirsək, deməliyəm ki, ABŞ-ın bu əraziyə mümkün təcavüzü Vladimir Putini dünyanın ən xoşbəxt adamı edəcək. Çünki bu, onun Ukraynanı işğal etmək cəhdini qanuniləşdirərdi. ABŞ güc tətbiq etsə, bu, NATO üçün ölüm hökmü olacaq. Putin ikiqat məmnun qalacaq”, – deyə Sançes vurğulayıb.