Azərbaycan.media xəbər verir ki, Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avstraliya Geoloji Xidməti açıqlama yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Stüart adasından təxminən 160 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
