🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın təhvil verdiyi Vaqif Xaçatryan reanimasiya şöbəsindədir

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın 14 yanvar tarixində Ermənistana təhvil verdiyi dörd əsirdən biri, 70 yaşlı Vaqif Xaçatryan hazırda reanimasiya şöbəsində müalicə alır.

 Nork-Maraş Tibb Mərkəzinin reanimasiya xidmətinin rəhbəri Eduard Petrosyan bildirib ki, Xaçatryanın vəziyyəti orta-ağır qiymətləndirilir, o, lazımi müalicə alır və hərtərəfli müayinədən keçir. Müayinənin nəticələri sonrakı müalicəni müəyyən edəcək.

Petrosyan əlavə edib: “Biz ona lazımsız suallar verməməyə və həssas mövzulara toxunmamağa çalışırıq. Eyni zamanda, təəccüblüdür ki, Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir və tibb işçiləri ilə fəal şəkildə ünsiyyət qurur.”

Xatırladaq ki, 14 yanvar tarixində Azərbaycan Ermənistana dörd əsiri – David Davtyan, Gevork Sujyan, Vigen Euljekçyan və Vaqif Xaçatryanı təhvil verib.