🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oğuzda palıd ağaclarının kəsilməsinə görə cinayət işi açılıb

Azərbaycan.media xəbər verir ki, Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların qanunsuz kəsilməsi ilə bağlı istintaq aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.