Azərbaycan.media xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib.
Təyyarələr eyni zamanda Bekaa vadisinin qərbində yerləşən Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.
Məlumata görə, mülki şəxslər arasında itkilər barədə heç bir məlumat yoxdur.
