Azərbaycan.media xəbər verir ki, Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin qızı Aişə Qəzzafi İran xalqına müraciət edib.
Aişə Qəzzafi müraciətində bildirib ki, onun səsi “dağıntı, xəyanət və kədərin ağırlığı altında əzilmiş bir qəlbdən” gəlir və o, ölkəsinin açıq düşmənlərin deyil, Qərbin gülümsəmələri və yalan vədləri ilə qurulan tələlər səbəbilə çökdüyünü görmüş bir qadındır.
O, İran xalqını xəbərdar edərək deyib: “Qərb imperialistlərinin cazibədar sözlərinə və şüarlarına aldanmayın.”
Aişə Qəzzafi xatırladıb ki, bir zamanlar atası Müəmmər Qəzzafiyə belə demişdilər: “Nüvə və raket proqramlarından imtina et, dünya da sənə qapılarını açsın.” O bildirib ki, atası “xoş niyyət və dialoqa inamla” güzəştlərə getmiş, lakin nəticə faciəvi olmuşdur.
