🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paytaxtda Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan.media xəbər verir ki, bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama verib. Qeyd olunub ki, qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və hadisə yerində xidmət aparan yol polisi əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub və xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra müvafiq xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır və yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi təmin olunub. Nəqliyyatın normal axını üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.