Azərbaycan.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub. Bu barədə “Tasnim” xəbər yayıb.
Danışıqlar zamanı tərəflər 25 illik əməkdaşlıq sazişi çərçivəsində İran və Çin arasındakı hərtərəfli münasibətlərdən məmnunluqlarını ifadə edib, ölkə liderlərinin qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri gücləndirmək və genişləndirmək əzmini vurğulayıblar.
Abbas Əraqçi İran ərazisində baş verən etirazlarla bağlı da məlumat verib. O bildirib ki, dinc aksiyalara daxil olan terror elementləri etirazların zorakı hal almasına səbəb olub.
Nazir həmçinin Çin tərəfinin İranın daxili işlərinə xarici müdaxiləyə etirazını dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.
