🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fransa Prezidenti Emmanuel Makron çıxışı zamanı gözündə iltihabla diqqət çəkib

Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı olması ilə diqqət çəkib. Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Makron jurnalistlərə açıqlamasında bildirib: “Buna sadəcə ilin əvvəlində baş verən ‘pələng gözü’ hadisəsinə istəmədən edilmiş bir işarə kimi baxın. Bunu anlayanlar üçün isə bu, qətiyyət rəmzidir”. Fransa lideri eyni zamanda gözünün sağlam olduğunu qeyd edib.

Liderin çıxışından sonra sosial şəbəkələrdə istifadəçilər zarafatla onun həyat yoldaşı Bricit Makronla yenidən mübahisə etdiyini və məişət zorakılığına məruz qaldığını iddia ediblər.

Xatırladaq ki, ötən ilin may ayında Vyetnama səfəri zamanı çəkilən videoda Emmanuel Makronun təyyarədə həyat yoldaşı tərəfindən sillə ilə vurulduğu anlar əks olunmuşdu. Daha sonra Yelisey Sarayı həmin görüntülərin həqiqiliyini təsdiqləmişdi.