Azərbaycan.media xəbər verir ki, Portuqaliya təhlükəsizlik səbəblərini əsas gətirərək İrandakı səfirliyini müvəqqəti bağlamaq qərarı verib.
Bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, İranda olan bütün Portuqaliya vətəndaşları ilə əlaqə saxlanılıb və onlardan səkkiz nəfər artıq ölkəni tərk edib. Bir neçə vətəndaşın yaxın vaxtlarda İrandan çıxacağı qeyd olunub.
Nazirliyin məlumatına əsasən, hazırda 10 Portuqaliya vətəndaşı İranda qalmaq qərarı alıb. Onlardan yeddisi ikili vətəndaşlığa — Portuqaliya və İran vətəndaşlığına malikdir.
Portuqaliya XİN vurğulayıb ki, bölgədə mövcud olan gərgin vəziyyət və potensial silahlı münaqişə riski nəzərə alınaraq, İrana səfər etmək qəti şəkildə tövsiyə olunmur.
