🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Rosatom”dan Akkuyu AES-lə bağlı yeni mesaj: Bu il Türkiyədə nüvə enerjisinin tətbiqi hədəflənir

Azərbaycan.media xəbər verir ki, Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş meneceri Aleksey Lixaçev Türkiyənin Mersin şəhərində tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyası (AES) layihəsi ilə bağlı mühüm açıqlamalar verib.

 Aleksey Lixaçev “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, 2025-ci ildə Türkiyədə nüvə enerjisinin tətbiqi üçün bütün imkanlar səfərbər olunacaq.

O qeyd edib ki, mövcud çətinliklərə və sərt iqtisadi şərtlərə baxmayaraq, “Rosatom” üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirib: “Bu prosesdə Rusiya Prezidenti Vladimir Putindən çox güclü dəstək aldıq. Hökumət və Mərkəzi Bank işlərin plan üzrə davam etməsi üçün bütün zəruri addımları atdı. Bu qərarlar bizi yalnız ruhlandırmadı, eyni zamanda konkret fəaliyyət istiqamətləri yaratdı. Bu il Türkiyədə nüvə enerjisinin tətbiqi üçün əlimizdən gələni edəcəyik”.

Lixaçev çıxışında 21-ci əsrin “elektrik əsri” olacağını vurğulayıb, elektrik enerjisinin istehsalının dayanıqlı, təhlükəsiz və əlverişli olmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.