🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İctimai Televiziyanın Yayım Şurasında dəyişikliklər: bəzi üzvlər çıxarılır, yeni namizədlər irəli sürülüb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər olacaq.

 Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, professor Yusif Babanlı Yayım Şurasının növbəti tərkibində yer almayacaq. Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova da Şuranın üzvləri sırasında olmayacaq.

Bununla yanaşı, Yayım Şurasına yeni namizədlər də müəyyənləşib. 2025-ci ildə keçirilmiş iclasların nəticəsi olaraq müxtəlif qurumlar tərəfindən namizədlər irəli sürülüb.

Belə ki, idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və şahmat üzrə qadınlardan ibarət milli komandanın kapitanı İlahə Qədimova namizəd göstərilib. Dini konfessiyalar xətti ilə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənovun namizədliyi irəli sürülüb.

Yaradıcılıq təşkilatları tərəfindən isə Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayeva namizəd kimi təqdim olunub.