Azərbaycan.media xəbər verir ki, Avropanın ən işlək hava limanı hesab olunan Londonun Hitrou hava limanında şübhəli pilotsuz uçuş aparatının (PUA) görülməsi nəticəsində uçuşlarda müvəqqəti pozuntular baş verib.
Sürixdən Londona gələn “Swiss” aviaşirkətinə məxsus LX324 reysi təxminən yarım saat havada dövr etdikdən sonra alternativ olaraq Qatvik hava limanına yönləndirilib.
Qeyd olunur ki, Hitrou hava limanı hər saat təxminən 70 enmə və qalxma ilə Avropanın ən işlək hava limanı sayılır.
Hava limanının nümayəndəsi bildirib ki, şübhəli PUA ilə bağlı əməliyyatdan sonra uçuşlar normal rejimdə davam edir. O əlavə edib ki, vəziyyət tam nəzarət altındadır və hava limanının təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis və aviaşirkətlərlə sıx əməkdaşlıq aparılır.
