Azərbaycan.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Tərəflər danışıq zamanı İrandakı kütləvi etirazlar fonunda Vaşinqtonun mümkün hərbi müdaxilə planlarını və koordinasiya məsələlərini müzakirə ediblər.
Bildirilib ki, Rubio və Netanyahu çərşənbə günü də telefon danışığı aparmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, İranda dekabrın sonundan başlayan və 60-dan çox şəhəri əhatə edən etirazlar nəticəsində ölənlərin sayı artıq 2 600-ə çatıb.
Oxundu: 35
