🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AAYDA Şuşa istiqamətində hərəkət edəcək sürücüləri qarlı və şaxtalı hava ilə bağlı xəbərdar edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.

 AAYDA sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa və Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməyi tövsiyə edib.