🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mis fyuçersləri rekord səviyyəyə çatıb

Azərbaycan.media xəbər verir ki, mis fyuçerslərinin qiyməti bir funt üçün təxminən 6,1 ABŞ dollarına yüksələrək yeni rekord həddə çatıb.

Teleqrafın məlumatına görə, ABŞ-nin emal olunmuş misə yeni tariflər tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar ölkədə ehtiyatların sürətlə artırılmasına səbəb olub. Bu isə digər bazarlarda təklifin daha da məhdudlaşmasına gətirib çıxarıb.

Eyni zamanda, Cənubi Amerikanın əsas istehsalçı ölkələrində ekstremal hava şəraiti, əmək tətilləri və siyasi qeyri-müəyyənlik nəticəsində yaranan fasilələr qlobal tədarükün azalmasına təsir göstərib.

Qeyd olunur ki, bazarda palladium fyuçersləri də unsiya üçün təxminən 1 895 ABŞ dollarına yüksələrək son iki həftənin ən yüksək səviyyəsinə çatıb.