🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fransada ciddi yumurta qıtlığı müşahidə olunur

Azərbaycan.media xəbər verir ki, Fransada yumurta qıtlığı yaranıb və məhsul supermarket rəflərində əksər hallarda tapılmır. Bu barədə “Euronews” məlumat yayıb.

Kanalın məlumatına görə, artan tələbat və istehsalın aşağı olması səbəbindən ölkədə alıcılar tez-tez yumurtanı ət məhsulları ilə əvəz etməyə məcbur olur, lakin istehsal istehlakı qarşılaya bilmir.

Hesabatda bildirilir ki, Fransada adambaşına ildə orta hesabla 220-dən çox yumurta istehlak olunur və ölkəyə əhalinin tələbatını ödəmək üçün hər il əlavə 300 milyon yumurta lazım olur. Fermerlər bu ehtiyacı qarşılaya bilmir və qıtlıq həm quş qripi, həm də kənd təsərrüfatı etirazları ilə bağlı deyil. Hökumət də tələbatın mövsümi olmadığını və davamlı artdığını təsdiqləyib.

Məsələ yalnız ev istehlakı ilə məhdudlaşmır – çörək sexləri də təchizat problemləri ilə üzləşib. Restoran sahibləri bildirirlər ki, yumurtanı bir neçə təchizatçıdan almaq məcburiyyətində qalırlar və artan xərclər kruasan istehsalının dayandırılmasına səbəb olur.

“L’Internaute” portalının məlumatına görə, son üç ildə Fransada yumurtaya olan tələbat hər il təxminən 5% artıb.