🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ rəsmiləri Danimarka və Qrenlandiya XİN rəhbərləri ilə Qrenlandiya mövzusunda görüş keçirib

Azərbaycan.media xəbər verir ki, Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt ilə görüşüblər.

 ABŞ-ın Qrenlandiyanı əldə etmək niyyəti ilə bağlı keçirilən görüş təxminən bir saat davam edib. Danışıqların yekunları ilə bağlı rəsmi açıqlama verilməyib.

Bildirilir ki, iki xarici işlər nazirinin iş gününün sonunda müzakirələri davam etdirmək üçün Kapitol binasına yollanması planlaşdırılır.