🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səbaildə “brend saat” adı ilə dələduzluq: 5 200 manatlıq ziyan

Azərbaycan.media xəbər verir ki, paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, zərərçəkən şəxs əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb. Sonradan həmin saatların orijinal olmadığı məlum olub və bu yolla vətəndaşa 5 200 manat maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılov saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birində talama cinayətinin qarşısı alınıb. Mağazadan oğurluq etməyə cəhd göstərən müştəridən şübhələnən satıcılar dərhal polisə məlumat veriblər. Nəticədə 42 yaşlı A.Abışova saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.