🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hindistan XİN vətəndaşlarını İrana səfər etməməyə çağırdı

Azərbaycan.media xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi (XİN) İranda etirazlar və iğtişaşlar səbəbindən bölgədə artan gərginlik fonunda bu ölkəyə səfər etməməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Hindistan vətəndaşlarına növbəti xəbərdarlığa qədər İrana səyahət etməkdən çəkinmələri tövsiyə olunub.

Bundan əlavə, hazırda İranda olan Hindistan vətəndaşlarına mümkün təhlükəsizlik risklərini nəzərə alaraq ölkəni tərk etmələri barədə çağırış edilib.

Qeyd edək ki, hazırda İranda təxminən 10 min Hindistan vətəndaşı yaşayır.