🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Putin və Lula da Silva Venesuela ətrafındakı vəziyyəti müzakirə ediblər

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə telefon danışığı aparıb.

 TASS-a istinadən yaydığı məlumata görə, telefon danışığı zamanı dövlət başçıları ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, liderlər Venesuela ilə bağlı regional vəziyyəti də müzakirə ediblər. Söhbət zamanı Latın Amerikasında və digər bölgələrdə gərginliyin azaldılması məsələlərinə də toxunulduğu bildirilib.