Azərbaycan.media xəbər verir ki, Naxçıvan şəhərinin Atatürk küçəsində “Niva” və “Kia” markalı avtomobillər toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
