🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Donald Tramp: Rusiya və Çin Qrenlandiya ətrafındakı suları “işğal edir”

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı strateji suların Rusiya və Çin tərəfindən “işğal edildiyini” iddia edərək, Danimarka və NATO-nu tənqid edib.

Tramp öz “Truth Social” hesabında paylaşım edərək hər iki rəqib dövlətin hərbi qüvvələrinin adaya bitişik sularda mövcudluğunu artırmasına reaksiya verib. O, Danimarkanın bu təhdidin qarşısını almaqda aciz olduğunu bildirərək NATO-ya müraciət edib:

“Danimarkaya deyin ki, onları indi buradan çıxarsın! Bunu iki it xizəyi ilə etmək mümkün deyil. Bunu yalnız ABŞ edə bilər”.

Prezident həmçinin “Just the News” nəşrinin Danimarka hərbi kəşfiyyatının hesabatına istinadən hazırladığı məqalənin linkini də paylaşaraq, Rusiya və Çinin Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün gizli planlar qurduğunu iddia edib.

Xatırladaq ki, 2026-cı ilin yanvar ayının əvvəlindən Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini vurğulayaraq, adanın əldə edilməsinin mümkün olduğunu bildirmişdi.