🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur

Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra əsas yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar və istiqamətlər bunlardır:

  • Heydər Əliyev prospekti (köməkçi yol, mərkəz istiqaməti)

  • Binəqədi şosesi (“Azadlıq” metrosundan Binəqədi qəsəbəsi istiqaməti)

  • 8 Noyabr prospekti (Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqaməti)

  • Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri (müvafiq istiqamətlər)

  • Üzeyir Hacıbəyli, 28 May və Dilarə Əliyeva küçələri (müvafiq istiqamətlər)

  • Bakı-Sumqayıt şosesi (“Xırdalan” dairəsi istiqaməti)

  • Alı Mustafayev və Ziya Bünyadov prospektləri (müvafiq istiqamətlər)

  • Fətəli xan Xoyski prospekti (“Gənclik” metrosunun qarşısından Həsənoğlu küçəsi istiqaməti)

  • Koroğlu Rəhimov və Dənizkənarı küçələri (müvafiq istiqamətlər)

  • Rəşid Behbudov, Xətai, Əhməd bəy Ağaoğlu, Tbilisi prospektləri və Neftçilər prospekti (müvafiq istiqamətlər)

  • Atatürk prospekti, Təbriz və Əbdülvahab Salamzadə küçələri

  • Heydər Əliyev prospekti (əsas yol, mərkəz istiqaməti)

DİM sürücüləri alternativ yollarla hərəkət etməyə çağırıb və sıxlıqla əlaqədar məlumatları izləməyə tövsiyə edir.