🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Onlarla İran vətəndaşı Türkiyəyə quru sərhədi vasitəsilə keçib

Azərbaycan.media xəbər verir ki, onlarla İran vətəndaşı quru sərhədini keçərək Türkiyəyə daxil olub. Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, iranlılar Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyənin Van vilayətinə daxil olublar. İki anonim mənbənin məlumatına görə, bəzi ölkələrin vətəndaşlarını İrandan çıxmağa çağırmasından sonra sərhədi keçənlərin sayı artıb.

Buna baxmayaraq, İran-Türkiyə sərhəd nümayəndəsi vəziyyətin fövqəladə olmadığını, sərhəd-keçid məntəqəsinə yaxınlaşan iranlıların sayında ciddi artım olmadığını bildirib.

Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bu vəziyyətlə bağlı məlumat yayıb.