Azərbaycan.media xəbər verir ki, Millət vəkili Elnarə Akimova sosial şəbəkə hesabında Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Təşəkkürlər, Cənab Prezident!”
Prezident İlham Əliyev 14 yanvar 2026-cı il tarixində “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Konsepsiyanın həyata keçirilməsi ilə milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin yaradılması və mədəniyyət sahəsində sistemli, dayanıqlı inkişaf təmin ediləcək.
Sərəncama əsasən:
Konsepsiya təsdiq edilib;
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tədbirlərin əlaqələndirilməsi və icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verəcək;
İcra monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək;
Nazirlər Kabineti sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Azərbaycan.media xəbər verir ki, bu Konsepsiya ölkəmizin mədəniyyət sahəsində uzunmüddətli strategiyasını müəyyən edən əsas sənəd kimi önəm daşıyır.
Azərbaycan.media
