Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin inzibati binasında seçicilərlə görüş keçirib.
Görüş zamanı seçicilərin müraciətləri dinlənilib, qeydə alınıb və aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Seçicilər göstərilən diqqət və səmimi qəbul üçün minnətdarlıqlarını bildirərək, onları narahat edən məsələlərin tezliklə həll olunacağına əminliklərini ifadə ediblər.
Görüşdə Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədr müavini Osman Qasımov da iştirak edib.

Oxundu: 24
