🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Füzulidə şirniyyat sexində ciddi qida təhlükəsizliyi nöqsanları aşkar edilib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən “Məsumə” şirniyyat emalı sexində yoxlama aparıblar.

Saytımıza  Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, yoxlama zamanı müəssisədə divar səthlərinin asan təmizlənən materialla üzlənmədiyi, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və havalandırma sisteminin quraşdırılmadığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.