Azərbaycan.media xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək iki ölkə arasında strateji tərəfdaşlığı müzakirə edib.
2025-ci ilin nəticələri qiymətləndirilib və 2026-cı ildə tərəfdaşlığın daha da gücləndirilməsi üçün addımlar nəzərdən keçirilib.
Səfir Y.Qusev öz “X” hesabında görüşlə bağlı paylaşım edərək bildirib: “Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq”.
