🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vüsalə Əlizadə: Ağadadaş Ağayevin oğlunun toyunda aparıcı olmuşam

Azərbaycan.media xəbər verir ki, aparıcı Vüsalə Əlizadə illər sonra xalq artisti Ağadadaş Ağayevlə bağlı maraqlı hadisəni açıqlayıb. O, “İncə səhər” verilişində Ağayevin oğlunun toyunda aparıcılıq etdiyini bildirib.

Vüsalə Əlizadə qeyd edib ki, əvvəlcə toyun dostunun oğlu üçün olduğunu söyləsələr də, sonradan məlum olub ki, əslində Ağayevin öz oğlunun toyuymuş. Aparıcı ödəniş məsələsində razılaşsa da, məbləği geri qaytarmaq mümkün olmayıb:

“Əziyyətimi yüksək şəkildə dəyərləndirdi”, – deyə Vüsalə Əlizadə əlavə edib.