🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Azərbaycan Mədəniyyəti – 2040”: 6 yeni dövlət proqramı layihəsi hazırlanacaq

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında ölkə mədəniyyətinin inkişafı ilə bağlı 6 yeni dövlət proqramı layihəsi hazırlanacaq.

Layihələr aşağıdakılardır:

  1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;

  2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;

  3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;

  4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;

  5. Davranış mədəniyyəti və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;

  6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.

Konsepsiya üç mərhələdə həyata keçiriləcək: birinci mərhələ 2026-2030-cu illər, ikinci 2031-2035-ci illər, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında reallaşacaq.