Azərbaycan.media xəbər verir ki, 2026-cı ildə qlobal neft tələbatı gündəlik 1,38 milyon barel artaraq sutkada 106,52 milyon barelə çatacaq. Bu məlumat OPEC-in son hesabatında yer alıb.
Hesabata görə, təşkilatın neft tələbatı ilə bağlı proqnozları əvvəlki səviyyədə saxlanılıb: 2025-ci il üçün gündəlik 105,14 milyon barel, 2026-cı il üçün isə 106,52 milyon barel.
Bundan əlavə, OPEC 2027-ci il üçün neft tələbatına dair ilkin qiymətləndirməsini açıqlayıb. Proqnoza görə, tələbat gündəlik 107,86 milyon barelə çatacaq ki, bu da 2026-cı ilin proqnozuna nisbətən gündəlik 1,34 milyon barel artım deməkdir.
