🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Maks Ferstappen “Red Bull”dan ayrılma ehtimalını saxlayır

Azərbaycan.media xəbər verir ki, dördqat dünya çempionu, Formula 1 pilotu Maks Ferstappen bu ilin sonunda “Red Bull” komandasını tərk edə bilər.

Almaniyanın “Bild” nəşrinin məlumatına görə, niderlandlı sürücünün 2028-ci ilin sonunadək qüvvədə olan müqaviləsində xüsusi bənd mövcuddur. Bəndə əsasən, 28 yaşlı pilot bu ilin yay fasiləsindən sonra sürücülər sıralamasında ilk iki pillədə yer almazsa, müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. 2027 və 2028-ci illərdə isə Ferstappen yalnız turnirin lideri olmadığı halda sözləşməni ləğv edə bilər.

Məlumatda qeyd olunur ki, bu şərtlər pilotun müqaviləsi imzalanarkən “Red Bull”un sabiq müşaviri Helmut Marko tərəfindən razılaşdırılıb və komanda daxilində müəyyən narazılıq doğurub.

Qeyd edək ki, “Red Bull” Formula 1-in 2025-ci il mövsümünü Konstruktorlar Kubokunda 3-cü pillədə başa vurub. Komanda 451 xal toplayaraq “McLaren” (833 xal) və “Mercedes”dən (469 xal) geri qalıb.