🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabir Rüstəmxanlı: İran etirazları Cənubi Azərbaycan və soydaşlarımız üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan.media xəbər verir ki, İranda son günlər baş verən etirazlar artıq sırf sosial-iqtisadi narazılıq çərçivəsindən çıxaraq daha dərin siyasi və struktur problemlərin göstəricisinə çevrilib. Hakimiyyətlə cəmiyyət arasında artan etimadsızlıq, idarəetmədəki çatışmazlıqlar və uzun müddət yığılan sosial gərginlik ölkəni davamlı böhran vəziyyətinə sürükləyib.

Modern.az-a açıqlamasında Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı bildirib ki, indiyədək etirazların konkret hədəfi və əsas idarəedici qüvvəsi açıq şəkildə görünmür:

“Proses təkcə daxili hadisələrdən deyil, dünya iqtisadi əlaqələri və İranın müxtəlif ölkələrlə, o cümlədən Avropa ilə münasibətləri kontekstində baş verir. Bununla belə, əsasını xalqın daxili narazılığı təşkil edir. Fars mərkəzli hakimiyyət modelinə qarşı milli zəmində narazılıqlar mövcuddur, iqtisadi və insan haqları problemləri ciddi şəkildə həll olunmayıb. Eyni zamanda, ekoloji böhranlar – xüsusilə Urmiya gölünün süni şəkildə qurudulması – uzun müddətdir xalqın etirazına səbəb olur”.

S.Rüstəmxanlı qeyd edib ki, etirazlar daha geniş kütlələri əhatə edir və müxtəlif etnik və siyasi qrupların tələbləri fərqlidir. “Bəzi fars qruplar Rza Pəhləvinin simvolları ilə aksiyalara çıxır, lakin ümumi mənzərə göstərir ki, xalqın böyük hissəsi mövcud hakimiyyəti qəbul etmir”, – deyə o əlavə edib.

Sabiq deputat həmçinin vurğulayıb ki, prosesin pərakəndə olması toqquşmaların artmasına və insan tələfatının yüksəlməsinə səbəb olur. Eyni zamanda, müəyyən xarici qüvvələrin də prosesə təsir göstərə biləcəyi ehtimal olunur, lakin açıq müdaxilə İranda daxili birliyi gücləndirə bilər.

S.Rüstəmxanlıya görə, Azərbaycan cəmiyyəti və xüsusilə Cənubi Azərbaycanda yaşayan soydaşlarımız bu prosesləri diqqətlə izləyir. “Azərbaycan türkləri mövqelərini açıq şəkildə ifadə edir, molla rejiminə münasibətlərini bildirirlər. Azərbaycan öz strateji maraqlarını geniş çərçivədə qiymətləndirir. Əgər etnik zəmində etiraz dalğası genişlənərsə, Cənubi Azərbaycan öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər, lakin bu ssenari arzuolunan hesab edilmir”, – deyə o bildirib.

O əlavə edib ki, müstəqillik uğrunda mübarizə tarixən xarici güclər tərəfindən istifadə olunub: “Tarix göstərir ki, Azərbaycan türkləri hər dəfə aldadılıb, xalqın səsi nəzərə alınmayıb. Bu təcrübə bu gün də nəzərə alınmalıdır. Azərbaycan artıq kifayət qədər siyasi və tarixi təcrübəyə malikdir və xalq ayağa qalxarsa, uzun illər ərzində itirilmiş mülkiyyət və sərvətlərin sahibi olaraq öz müstəqilliyi üçün mübarizə apara