Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Qrenlandiyanı əldə etməsi halında ödəniş məbləğinin ən azı 700 milyard dollar olacağı bildirilir. Bu məlumat NBC-nin mənbələrinə istinadən yayılıb.
Qeyd olunur ki, qiymətləndirmə alimlər və keçmiş ABŞ rəsmiləri tərəfindən hazırlanıb.
Eyni zamanda, Danimarka və Qrenlandiya rəsmiləri keçmiş prezident Donald Trampın ABŞ-ın adanı əldə edə biləcəyi ilə bağlı iddiaları təkzib ediblər. Lakin Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib ki, dövlət katibi Marko Rubioya yaxın həftələrdə Qrenlandiyanı almaq üçün təklif hazırlamaq tapşırılıb.
