Azərbaycan.media xəbər verir ki, bu gün səhər saatlarında Ermənistan ordusunun N hərbi hissəsinin hərbi qulluqçusu Vaqan Petrosyanın meyiti aşkar edilib.
“Armenpress”in verdiyi məlumata görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsgərin bədənində güllə yarası aşkarlanıb.
Nazirlikdən qeyd olunub ki, hadisənin bütün halları araşdırılır və faktla bağlı istintaq aparılır.
