Azərbaycan.media xəbər verir ki, Kanada hökuməti İranda olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı çağırış edib.
Rəsmi açıqlamada bu çağırışın səbəbi kimi İranda geniş vüsət alan etiraz aksiyaları, regionda artan gərginlik və xarici vətəndaşlar üçün mövcud həbs riskləri göstərilib.
Bildirilib ki, hazırda Kanadanın İranda vətəndaşları üçün təqdim etdiyi konsulluq xidmətləri məhduddur və bu da fövqəladə hallarda yardım imkanlarını xeyli azaldır.
Kanada hökuməti vətəndaşlarını şəxsi təhlükəsizliklərini prioritet hesab edərək ölkəni ən qısa müddətdə tərk etməyə çağırıb.
Oxundu: 26
