🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib

Azərbaycan.media xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibində dəyişiklik baş verib.

Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasının üzvlüyünə xitam verilib. Onun yerinə həmin şöbənin müdir müavini Gündüz Əliyev Şuranın əsas heyət üzvü təyin edilib.

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankının sədr müavini Gülər Paşayevadır. Şura ümumilikdə 7 nəfərdən ibarətdir.