🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ nümayəndəsi Stiven Uitkoff Rza Pəhləvi ilə gizli görüş keçirib

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının oğlu və müxalifətin lideri Rza Pəhləvi ilə gizli görüşüb.

Bu barədə “Axios” portalı mənbələrə istinadla xəbər verib. ABŞ-ın yüksək vəzifəli rəsmisi görüşün ötən həftəsonu baş tutduğunu bildirib.

“Axios” yazır ki, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından sonra ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında baş tutan ilk yüksək səviyyəli görüşdür. Portal həmçinin əlavə edib: “Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır.”