🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşdü

Azərbaycan.media xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

Görüşdən sonra “Tramp Marşrutu”nun icrası çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.

Marko Rubio bildirib: “Bu gün biz TRIPP layihəsini imzalayacağıq. Düzdür, layihənin həyata keçirilməsi üzərində işləməyə davam edəcəyik. Bu təşəbbüs əməkdaşlığın gözəl nümunəsidir, Ermənistanın biznesə açılmasını təmin edir, iqtisadi çiçəklənməsinə imkan yaradır və heç bir şəkildə ölkənin suverenliyinə təsir etmir. Layihə həm də ölkələrimiz arasında güclü olan ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün davamlı bir yol təqdim edir.”