🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 22 kiloqram narkotik aşkar edilib, şəxs həbs olunub

Azərbaycan.media xəbər verir ki, Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram 180 qram marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, əməliyyat zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Onun İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.