Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun illərin həsrəti arxada qalıb və haqq-ədalət Zəfər çalıb. Prezident vurğulayıb ki, azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və bundan sonra həmin ərazilərdə qürurla, xoşbəxt və rahat yaşayacaqlar.
“Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, – deyə Prezident İlham Əliyev əlavə edib.
