🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uşaqlarda zehni yorğunluğun qarşısını almaq üçün düzgün qidalanma və aktiv həyat vacibdir

Azərbaycan.media xəbər verir ki, psixi funksiyalardan birinin normadan artıq inkişafı enerji balansının pozulmasına səbəb ola bilər. İlkin mərhələdə bu problem hiss olunmasa da, sonrakı yaşlarda diqqət zəifliyi, görmə–hərəkət koordinasiyasının pisləşməsi və digər çətinliklərlə özünü göstərə bilər.

Zehni yorğunluğun əsas səbəbləri daimi stres, emosional gərginlik, qeyri-sağlam həyat tərzi, balanssız qidalanma, nizamsız yuxu rejimi və fiziki aktivliyin azlığıdır. Bu vəziyyətdə uşaqlar məlumatları emal etməkdə çətinlik çəkir, diqqətini cəmləyə bilmir. Nəticədə ümidsizlik, motivasiya itkisi, əsəbilik, sosial təcrid, baş ağrıları, daimi yorğunluq, çəki artımı və ya azalması kimi hallarla üzləşə bilirlər.

Uşaqların balanslı və vitaminlə zəngin qidalanması vacibdir. A, B, C və D vitaminləri təmin edilməli, yuxu rejiminə ciddi əməl olunmalı, ekran və telefon oyunlarına sərf olunan vaxt məhdudlaşdırılmalıdır. Balıq, qoz, yumurta, badam və süd məhsulları beyin fəaliyyəti üçün faydalıdır. Səhər və axşam qəbul edilən bal şərbəti isə beynin qlükozaya olan tələbatını ödəyərək yaddaşı gücləndirir.

Fiziki hərəkətlər, xüsusilə onurğa sütununu gücləndirən idman növləri, beyin qan dövranını artırır və uşaqların sağlam zehni inkişafına dəstək olur.

Uşaqlar bizim gələcəyimizdir və onların sağlamlığına, düzgün inkişafına diqqət yetirməklə, güclü və sağlam cəmiyyətin təməli qoyula bilər.