Azərbaycan.media xəbər verir ki, Zaqatalada Yuxarı Tala kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, VAZ-21015 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır.
