🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Misir Mərdanov Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin edilə bilər

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Mərdanov daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama Riyaziyyat kafedrasına rəhbərlik edəcək.

İddia olunur ki, onun təyinatının hələ rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim prosesi və “Ramiz Mehdiyev işi” ilə bağlı məsələlərdir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir.

Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.