Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində İran İslam Respublikası rejiminin etirazçılara qarşı həyata keçirdiyi repressiyalarla bağlı məlumat verilib.
Sənəddə bildirilir ki, əsas hüquqlarını tələb etdikləri üçün 10 600-dən çox iranlı həbs olunub. Onlardan biri də 26 yaşlı Erfan Soltani olub; onun yanvarın 14-də edamı planlaşdırılır. Dövlət Departamentinin məlumatında vurğulanır ki, Soltani heç bir qanuni proses və vəkil olmadan, 10 dəqiqəlik saxta məhkəmə iclasından sonra edama məhkum edilib.
Bildirilib ki, Soltani sonuncu olmayacaq və etirazçılara qarşı rəsmi olaraq edam dalğaları başlayıb. ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir: “Dünya İslam Respublikası rejiminin cinayət əməlləri qarşısında susmamalıdır”.
Bu məlumatlar İranın etirazçılara qarşı sərt tədbirlərini və insan haqlarının ciddi şəkildə pozulmasını bir daha ortaya qoyur.
