Azərbaycan.media xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bu barədə Meksika lideri “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Klaudiya Şeynbaum söhbətin məhsuldar keçdiyini bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər suverenliyə hörmət prinsipi əsasında təhlükəsizlik məsələlərini, narkotik qaçaqmalçılığının azaldılmasını, həmçinin ticarət və investisiya mövzularını müzakirə ediblər.
